...

Rəsmi Bakı hesab edir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünə dəstək barədə bəyanat verməlidir

Siyasət Materials 16 Aprel 2008 12:18 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, Rusiya  Azərbaycanın ərazi bütövlüyünə dəstək barədə bəyanat verməlidir

Azərbaycan, Bakı, 16 aprel / " , müxbir K.Ramazanova/ Rəsmi Bakı hesab edir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü və onun beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək barədə bəyanat verməlidir.

"Biz onlardan yalnız, Rusiyanın tərəflərin anlaşacağı mövqe ilə razılaşacaqlarını eşidirik", - deyə çərşənbə günü Bakıda jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək kifayət etmir. "Gələcəkdə münaqişənin ərazi bütövlüyü əsasında nizamlanmasını da dəstəkləmək lazımdır", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti