...

Azərbaycan saxlanılan yükün xarakterinə aydınlıq gətirilməsi üçün Rusiyaya sorğu göndərib

Siyasət Materials 22 Aprel 2008 12:24 (UTC +04:00)
Azərbaycan saxlanılan yükün xarakterinə aydınlıq gətirilməsi üçün Rusiyaya sorğu göndərib

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Rusiyaya müraciət edərək ölkə sərhədində saxlanılan Rusiya avadanlıqları olan avtoqatarın içindəki yükün xarakterinə aydınlıq gətirilməsini xahiş edib.

Martın 29-da Azərbaycan sərhəd xidməti İrana gedən Rusiya yükünü saxlayıb.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim çərşənbə axşamı Trend a bildirib ki, Azərbaycan XİN Rusiya tərəfindən cavab gözləyir.

Azərbaycan Dövlət Gömrük Komitəsində avtoqatarın saxlanılmasını Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmaması ilə əlaqələndiriblər.

Belə xüsusi icazələr Azərbaycan Nazirlər Kabineti tərəfindən verilir. Nazirlər Kabineti əvvəllər tranziti üçün icazələrin verilməli olduğu malların siyahısını təsdiqləyib.

Azərbaycanın Dövlət Gömrük Komitəsi artıq Rusiya tərəfini ölkənin Nazirlər Kabinetinin icazəsi olmadan yükün İrana tranzitinin mümkün olmaması barədə məlumatlandırıb.

Avtoqatar "Astara" sərhəd-keçid məntəqəsində saxlanılıb. Rusiya atom enerjisindən dinc məqsədlə istifadə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş çərçivəsində İrana Buşerdəki AES-i tikməyə yardım edir. Son məlumatlara görə, stansiya 2008-ci ilin sonundan tez işə düşməyəcək. İlkin olaraq AES-i 2007-ci ilin sonunda tikmək planlaşdırılırdı. "Buşer" stansiyası üçün Rusiya yanacağının tədarükü 2008-ci il yanvarın sonunda başa çatıb.

Azərbaycan tərəfi ilə Rusiya avadanlıqlarının saxlanılması məsələsini müzakirə etmək məqsədi ilə "Rosatom"un nümayəndə heyəti Azərbaycana gəlir.

"Rosatom" nümayəndələrinin qeyd etdiynə görə, hazırda Rusya tərəfi Azərbaycanın gömrük işçiləri və sərhədçilərinin çoxsaylı suallarını cavablandırır. Bununla belə, İranın Buşehr şəhərində AES-in tikilməsi üçün imzalanan müqavilə üzrə ixrac üçün göndərilən bütün yük tam həcmdə ixrac nəzarət prosedurunu keçib. Bundan əlavə, bu layihə üzrə tədarük BMT-nin İranla bağlı çıxartdığı bütün qətnamələrin çərçivəsindən kənardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti