...

Türkiyədə "Türk–Ərəb" elm-mədəniyyət və incəsənət dərnəyi yaradılıb

Siyasət Materials 28 Aprel 2008 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir N.Abbaslı, R.Hafizoğlu/ Türkiyədə "Türk-Ərəb" elm-mədəniyyət və incəsənət dərnəyi yaradılıb. "Əsas məqsədimiz Türk mədəniyyəti və incəsənətini ərəb ölkələrində tanıtmaqdır" - deyə dərnəyin sədri Məhəmməd əl-Adil Trend -a bildirib.

Əl-Adil dərnəyin ərəb ölkələrində və Türkiyədə yaşayan tanınmış incəsənət xadimlərini yaxınlaşdıracağını istisna etmir.

Dərnəyin gələcək fəaliyyəti haqqında açıqlama verən əl-Adil dərnəyin Azərbaycanla qurulacaq əlaqələrinə yüksək önəm verildiyini bildirib. "Biz Azərbaycan xalqının qonaqpərvərliyi, elm və təhsildəki nailiyyətləri ilə yaxından tanışıq"-deyə əl-Adil qeyd edib.

"Biz Azərbaycan xalqının yüksək istedada malik olduğunu bilirik. Elə bu səbəbdən də dərnəyin fəaliyyəti ilə bağlı ilk işləri qardaş Azərbaycanla əlaqələndirməyi qərara almışıq" - deyə Adil vurğulayıb.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti