...

Avropa Şurasının müşahidə missiyasının rəhbəri Azərbaycanda seçkini boykot edən müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Siyasət Materials 17 Sentyabr 2008 12:19 (UTC +04:00)
Avropa Şurasının müşahidə missiyasının rəhbəri Azərbaycanda seçkini boykot edən müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva/ Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Andres Herkel bu gün Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

"Biz seçkinin boykot edilməsinin səbəblərini avropalı ekspertlərə çatdırdıq", çərşənbə günü Trend -a görüşdə iştirak edən müxalif "Azadlıq" blokunun həmsədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Herkelin rəhbərlik etdiyi AŞ PA-nın 5 nəfərlik tərkibdə nümayəndə heyəti dünəndən Azərbaycanda görüşlərə başlayıb.

Əliyev deyib ki, görüşdə avropalı mütəxəssislərin diqqətinə seçkiöncəsi demokratik mühitin olmadığını, seçki qanunvericiliyinin təkmil olmadığını, vətəndaşların sərbəst toplaşmaq azadlığının pozulması və jurnalistlərin həbsi məsələsini çatdırıblar.

Herkel boykotçuların iradlarını Azərbaycan hökumətinə çatdıracaqlarını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti