...

Sergey Lavrov və Hillari Klintonun ilk rəsmi görüşündə Gürcüstan məsələsinə mütləq baxılacaq – Gürcüstan XİN rəhbəri

Siyasət Materials 2 Mart 2009 17:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N. Kirtsxaliya / Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klintonun ilk rəsmi görüşündə Gürcüstan məsələsinə də mütləq baxılacaq. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib. 

Rusiya KİV-in yaydığı məlumata əsasən, martın 6-na nəzərdə tutulan görüşdə Medvedyev tərəfindən irəli sürülən dörd əsas məsələyə - tərk-silah, Əfqanıstan, İran və Avropa təhlükəsizliyinin yeni arxitekturası məsələlərinə baxılacaq.

"Təhlükəsizlik arxitekturasına baxılması Rusiya qəzetlərində "gülünc" adlandırılır", - Vaşadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti