...

Azərbaycan prezidenti Azərbaycan-Polşa hökumətlərarası komissiyasında Azərbaycan tərəfinin yeni tərkibini təsdiqləyib

Siyasət Materials 6 Mart 2009 21:16 (UTC +04:00)

Azərbaycan respublikası prezidenti İlham Əliyev cümə günü  Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasında Azərbaycan tərəfinin yeni tərkibini təsdiq edən sərəncam imzalayıb. Məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Sənaye və energetika naziri Natiq Əliyev hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Avtandil Babayev - Azərbaycan Respublikası Milli Bankının
İdarə Heyəti sədrinin müavini
Vilayət Quliyev - Azərbaycan Respublikasının Polşa
Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti