...

Azərbaycan paytaxtında silah-sursat tapılıb

Siyasət Materials 14 Mart 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında cümə günü silah-sursat tapılıb, - şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bakı Baş Polis İdarəsinin (BPİ) Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş tapança, 1 ədəd "Çeremuxa", 1 ədəd tüstüverici şaşka, 2 ədəd 200 qramlıq tratil şaşka, 7 ədəd qumbara, 1 ədəd səsboğucu və 115 ədəd müxtəlif çaplı güllə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti