...

Azərbaycanlı deputat Ermənistanda insan haqları üzrə təhqiqtatın aparılması tələbi ilə çıxış edib

Siyasət Materials 27 Aprel 2009 22:41 (UTC +04:00)

AŞPA yaz sessiyasına Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bazar ertəsi AŞPA-nın yaz sessiyasında Almaniyalı deputat Holger Halibaxın "Fövqəladə hallarda insan hüquqlarının müdafiə edilməsi" adlı məruzəsi ətrafında  aparılan müzakirələrdə çıxış edib.

Azərbaycanlı deputat çıxışında qeyd edib ki,  insan haqları daima qorunmalıdır. İnsan haqlarınının hansısa vəziyyət  və şəraitdə daha çox, yaxud daha az,hansısa ölkədə daha çox, yaxud daha az, hansısa zamanda dah çox, yaxud daha az qoruna bilməz..

O, əlavə edib ki,  belə məsələlərdə hansısa subyektiv səbəblərə görə ikili standartlara yanaşmaq həmişə qəbuledilməzdir. Təəssüf ki, bunu həmişə ucadan elan etsək də, bəzən məsələ konkretləşəndə başqa mənzərənin şahidi oluruq.

Bununla bağlı çoxlu nümunələri gətirməyin mümkün olduğunu qeyd edən Rəfael Hüseynov çıxışını Cənubi Qafqazla bağlı bəzi təfərrüatlar üzərində qurub.
 
 "Ermənistan dövlətinin işğalçı siyasət aparması, ümumdünya terror və narkobiznes şəbəkəsi ilə bağlı olması, beynəlxalq hüququn norma və prinsiplərini nümayişkəranə şəkildə mütəmadi olaraq pozması, Avropa Şurası nizamnaməsinə zidd fəaliyyət göstərməsinə görə burada dəfələrlə sənədlər də hazırlanıb, çıxışlar da edilibdir. Dəfələrlə məsələ qaldırılıb ki, Ermənistana qarşı ən sərt sanksiyalar tətbiq edilsin ki, belə bir ölkə Avropa Şurası sıralarında qala bilməz.  Lakin mən indi düşünürəm ki, bu yanaşma Ermənistan dövlətinə münasibətdə prinsipcə doğrudursa da, erməni xalqına münasibətdə ədalətli deyil. Çünki erməni xalqı da əslində həmin dövlətin apardığı hüquqa zidd və insanlığa zidd siyasətin qurbanı və girovudur.
Əksinə, bu dövlət daim beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqət mərkəzində olmalıdır ki, orada baş verən qanunsuzluqlara, insan hüquqlarının  kütləvi şəkildə pozulmasına  qarşı mübarizəni daha effektli şəkildə apara bilək."- deyə azərbaycanlı deputat bildirib.
 
 2008-ci il fevral ayının 19-da Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı baş vermiş cinayətlər, kütləvi qətllər və həbslər, bunun ardınca həyata keçirilmiş və indiyə qədər də davam edən siyasi təqiblər və siyasi motivlərlə yeni həbslər son dərəcə ciddi narahatlıq doğuran hadisələrdir.

Əgər fövqaladə hallarda insan hüquqlarının pozulmasından söhbət gedirsə, Ermənistan həm ölkəsi daxilində, həm də qonşularına münasibətdə bu baxımdan ən unikal ölkədir. Çünki başqa yerlərdə böhranlı vəziyyətlər hərdənbir, nadir hallarda baş versə də, Ermənistanda bu böhran vəziyyəti daimidir. Həmin fövqəladə vəziyyəti yaradan məhz Ermənistan dövlətinin özüdür.

Ermənistan dövlətinin apardığı siyasət nəticəsində ölkə daxilində insan haqlarının sistemli şəkildə pozulması ilə bağlı törənən saysız fəsadlardan əlavə, xalqın gələcəyi üçün də ciddi təhlükə mənbəyi olan başqa bir vəziyyət formalaşır.

 Ermənistan  dövlətinin siyasəti bu ölkəni iqtisadi tədric şəraitinə gətirir, obyektiv səbəblərə görə çox vacib və mənfəətli regional layihələrdən ayrı salır və beləliklə də mahiyyəti etibarı ilə öz xalqına qarşı da əks mövqedə dayanmış olan dövlət, vətəndaşlarını gələcəkdə çox dərin iqtisadi sarsıntılarla qarşılaşması üçün arzuolunmaz bünövrə yaratmış olur.

 Xalqın ölkə daxlindəki bütün etitazları hüquq-müdafiə təşkilatlarının vəziyyəti normallaşdırmaq üçün çağırışları və təşəbbüslər aqressiv hakimiyyət tərəfindən dərhal və kobud şəkildə boğulur.

Ona görə də Ermənistanda siyasi məhbuslar, siyasi qətllər, insan haqlarının kütləvi pozulması halları bizi vadar və borclu edir ki,bu ölkədə insan hüquqlarının vəziyyətini öyrənmək üçün
AŞPA ayrıca təhqiqat aparsın.

 Bunula əlaqədar AŞ-nın xüsusi məruzəçisinin təyin edilməsi və məsələnin köklü şəkildə araşdırılması zəruridir.

Bu bir tərəfdən Ermənistana göstərilən xeyli təəccüblü loyal münasibətə, güzəştli ikili standartlarla yanaşma siyasətinə son qoyar, digər tərəfdən isə başqa ölkələrdə də ortaya çıxa biləcək belə neqativ halların qarşısını almaq üçün həyəcan siqnalına çevrilər.

Xəbər lenti

Xəbər lenti