...

Polşa Prezidenti Bakı Slavyan Universitetinin fəxri doktoru adını alıb

Siyasət Materials 3 İyul 2009 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Y.Ostapenko /

Polşa Prezidenti Lex Kaçinskiyə cümə günü Bakı Slavyan Universitetinin (BSU) fəxri doktoru adı verilib. Kaçinski BSU-nun rektoru Kamal Abdullaya, universitetin professor və tələbə heyətinə onu mehriban qarşıladıqları və onun ana dilində salamladıqları üçün təşəkkürünü bildirib.

Kaçinski, həmçinin BSU-nun Azərbaycan və Polşa arasındakı əlaqələrin möhkəmləndirilməsindəki vacib rolunu qeyd edib.

Kaçinski Azərbaycan və Polşanın müstəqil dövlət olduqlarını və öz yollarını seçmək imkanlarına malik olmalarının vacibliyini vurğulayıb.

"Ölkələrimizin özlərinin özləri üçün seçdikləri yolla getmələri vacibdir", - o, BSU-da çıxış edərkən deyib.

Poşa Prezidentinin şərəfinə tələbələr Polşa himnini ifa edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti