...

İranın eks-prezidenti ümumxalq referendumunun keçirilməsinə çağırır

Siyasət Materials 20 İyul 2009 15:02 (UTC +04:00)
İranın Mübariz Ruhanilər Assosiasiyasının sədri və eks-prezident Məhəmməd Xatəmi Assosiasiyanın yayılmış beşinci bəyanatında bildirib ki, iyunun 12-də keçirilən prezident seçkilərindən sonra yaranan böhranın aradan qaldırılması üçün referendumun keçirilməsi vacibdir, bu barədə Assosiasiyanın rəsmi saytı məlumat verib.
İranın eks-prezidenti ümumxalq referendumunun keçirilməsinə çağırır

İranın Mübariz Ruhanilər Assosiasiyasının sədri və eks-prezident Məhəmməd Xatəmi Assosiasiyanın yayılmış beşinci bəyanatında bildirib ki, iyunun 12-də keçirilən prezident seçkilərindən sonra yaranan böhranın aradan qaldırılması üçün referendumun keçirilməsi vacibdir, bu barədə Assosiasiyanın rəsmi saytı məlumat verib.

Bəyanatda deyilir ki, milyonlarla insanın prezident seçkilərinin keçirilməsinin düzlüyünə inamı itib. Hazırda İranın Mübariz Ruhanilər Assosiasiyası Konstitusiya əsasında azad referendumun keçirilməsini yaranan böhrandan yegenə çıxış yolu hesab edir. Bunun üçün referendumun seçkiləri keçirən orqanlar tərəfindən deyil, əhalinin etibarını qazanan bitərəf orqanlar tərəfindən keçirilməsi vacibdir.

Xatəminin fikrincə, referendum hakimiyyətin əhalinin ötən ayda keçirilən seçkilərdən sonra itən inamını yenidən qazanması üçün yeganə imkandır.

Ötən həftə digər eks-prezident və hazırki prezident Mahmud Əhmədinejadın siyasi opponenti Əkbər Haşemi Rəfsancani bildirib ki, İran xalqının bir hissəsi prezident seçkilərinin yekunlarına şübhə edir və hazırkı hakimiyyət bunu həll etməlidir.

Xəbər lenti

Xəbər lenti