...

Azərbaycan XİN erməni mediada yayılan məlumatları təkzib etdi

Siyasət Materials 8 Noyabr 2009 00:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verilən məlumata əsasən, cari ilin 2 noyabr tarixində III Komitədə gündəliyin 68-ci bəndi “Xalqların öz müqəddəratını təyin etməsi hüququ” üzrə ümumi müzakirələr keçirilmişdir.
Azərbaycan XİN erməni mediada yayılan məlumatları təkzib etdi

Azərbaycan, Bakı, 7 noyabr / Trend /

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verilən məlumata əsasən, cari ilin 2 noyabr tarixində III Komitədə gündəliyin 68-ci bəndi "Xalqların öz müqəddəratını təyin etməsi hüququ" üzrə ümumi müzakirələr keçirilmişdir.
   
Cari ilin 3 noyabr tarixində "Panarmenian" xəbər agentliyi vasitəsilə Ermənistanın nümayəndəsinin müzakirələr zamanı guya Azərbaycan təmsilçisinə layiqli cavab verməsi barədə yanlış məlumat yayılmışdır.

Məsələ üzrə ölkəmiz də daxil olmaqla yalnız ərəb ölkələri, İsrail, Pakistan, Hindistan və Ermənistan çıxış etmişdir. Ermənistanın çıxışı istisna olmaqla, edilmiş bütün çıxışlarda öz əksini tapmış vahid mövqe bu hüququn yalnız müstəmləkə ərazilərinə aid olması və xarici işğal hallarında tətbiq oluna bilməsi olmuşdur.

Azərbaycanın nümayəndəsinin çıxışında məsələ ilə bağlı ölkəmizin mövqeyi səsləndirilim və Ermənistanın beynəlxalq hüquqa zidd olan revizionist tələbləri ilə güc tətbiq edilməsi yolu ilə Azərbaycanın bir hissəsinin işğal etməsi və işğal olunmuş ərazilərdə etnik təmizləmələrin həyata keçirilməsi qeyd edilmişdir.

Ermənistan tərəfindən edilmiş çıxışa cavab olaraq, Azərbaycanın nümayəndəsinin cavab hüququndan istifadə edilərək xalqların öz müqəddəratını təyin etməsi hüququnun müəyyən olunmuş hədlər çərçivəsində qanuni olması və Ermənistanın Azərbaycan əleyhinə muzdurlardan istifadə etməsi vurğulanmışdır.

Ermənistan nümayəndəsi buna verdiyi cavabının əsassız olması və ciddi arqumentlərinin olmaması səbəbindən Azərbaycanın nümayəndəsinin ikinci dəfə cavab hüququndan istifadə edərək çıxışını gözləmədən iclas zalını tərk etmişdir.

Xəbər lenti

Xəbər lenti