...

Azərbaycan Parlamentində zorakılığa qarşı tədbir keçiriləcək

Siyasət Materials 1 Dekabr 2009 16:37 (UTC +04:00)
"Dekabrın 2-də parlamentdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dəyirmi masa keçiriləcək", - çərşənbə axşamı Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentində zorakılığa qarşı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində zorakılığa qarşı tədbir keçiriləcək.

"Dekabrın 2-də parlamentdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dəyirmi masa keçiriləcək", - çərşənbə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Tədbirdə BMT-nin, Avropa Şurasının, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər və Ədliyyə nazirliklərinin, respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər.

"Dəyirmi masaya qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunublar", - məlumatda vurğulanır.

Dəyirmi masada mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. "Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti