...

Azərbaycanda əcnəbilərin qeydiyyatsız yaşaması şərtləri sərtləşdirildi

Siyasət Materials 4 Dekabr 2009 14:02 (UTC +04:00)
Azərbaycan Parlamentində cümə günü qəbul olunan İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliyə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qeydiyyatsız yaşaması mümkün olmayacaq.
Azərbaycanda əcnəbilərin qeydiyyatsız yaşaması şərtləri sərtləşdirildi

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində cümə günü qəbul olunan İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliyə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qeydiyyatsız yaşaması mümkün olmayacaq.

"Əsas dəyişiklik əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyatsız yaşaması və ya qanunsuz qalmasını nəzərdə tutan 330-cu maddəyə edilib", - Trend -un məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Komitə sədri deyib ki, yeni variantda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə həmin şəxslər ölkənin hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, yaxud çıxarılmamaqla 300 manatdan 400 yüz manatadək cərimə ediləcəklər.

"Məcəlləyə edilən digər bir əlavəyə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə olma qaydaları pozulduqda Azərbaycanın müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediləcəklər", - Hüseynov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti