...

Nyu-Dehlidə Azərbaycan və Hindistan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 7 Dekabr 2009 18:37 (UTC +04:00)
Sadıqov Hindistanın paytaxtı Nyu-Dehlidə Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi və Hindistanın Dünya Münasibətləri Şurasının birgə təşkil etdikləri Azərbaycan Respublikasının diplomatik xidmətinin 90-cı ildönümünə həsr olunmuş "Azərbaycan-Hindistan əməkdaşlığı: perspektivlər və çağırışlar" adlı konfransda iştirak edib.
Nyu-Dehlidə Azərbaycan və Hindistan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan və Hindistan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda qeyd olunub ki, xarici işlər nazirinin müavini Vaqif Sadıqov Hindistanda işgüzar səfərdə olub.

Sadıqov Hindistanın paytaxtı Nyu-Dehlidə Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi və Hindistanın Dünya Münasibətləri Şurasının birgə təşkil etdikləri Azərbaycan Respublikasının diplomatik xidmətinin 90-cı ildönümünə həsr olunmuş "Azərbaycan-Hindistan əməkdaşlığı: perspektivlər və çağırışlar" adlı konfransda iştirak edib.

Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində apardığı fəaliyyət, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, cari vəziyyəti və nizamlanması prosesi barədə mühazirə ilə çıxış edib.

Səfər çərçivəsində Sadıqov bir sıra işçi görüşlər də keçirib. Hindistanın xarici işlər nazirinin müavini xanım Parbati Sen Vyasla və Hindistan Parlamentinin baş katibi Şri Açari ilə də görüşdə tərəflər Azərbaycan və Hindistan arasındakı ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən münasibətlərin cari vəziyyətini müzakirə edib, hər iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu və onun effektiv istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti