...

Türkiyə regional təhlükəsizlik məsələsində Avropa üçün mühüm əhəmiyyət kəsb edir - ekspert

Siyasət Materials 11 Dekabr 2009 16:59 (UTC +04:00)
Türkiyənin Avropa İttifaqına üzvlüyü hər şeydən əvvəl Avropa qitəsinin gələcəkdə təhlükəsizliyi üçün vacib şərtdir. Avstriyada Beynəlxalq Tərəqqi Təşkilatının rəhbəri belə hesab edir.
Türkiyə regional təhlükəsizlik məsələsində Avropa üçün mühüm əhəmiyyət kəsb edir - ekspert

Türkiyə, Mardin, 11 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Türkiyənin Avropa İttifaqına üzvlüyü hər şeydən əvvəl Avropa qitəsinin gələcəkdə təhlükəsizliyi üçün vacib şərtdir. Avstriyada Beynəlxalq Tərəqqi Təşkilatının rəhbəri belə hesab edir.

Avstriyada Beynəlxalq Tərəqqi Təşkilatının rəhbəri Hans Kolerin sözlərinə görə, Türkiyənin Aİ-yə inteqrasiyası iki səbəbdən vacibdir - bu yeni regional əməkdaşlıqda Avropa siyasətinə və Avropanın enerji təhlükəsizliyinə artan təsirlə bağlıdır.

"Türkiyənin Yaxın Şərqdə və Orta Asiyada, xüsusilə də türkdilli dövlətlər arasında, eləcə də Qafqazda əsas regional oyunçuya çevrilməsi Avropanın gələcək təhlükəsizlik siyasəti üçün mühüm əhəmiyyət kəsb edir", - o hesab edir.

Avstriyalı alim Türkiyəyə Orta Asiya, Yaxın Şərq və Avropa arasında "dairə" kimi baxır.

Kolerin sözlərinə görə, Avropa özünün indiki siyasi kursunda bugünkü reallıqların hamısını nəzərə almalıdır. Bu kurs regiondakı inteqrasiya proseslərinə məhəl qoymadan inkişaf edə bilməz.

Cümə günü Türkiyənin Mardin şəhərində Avropadan və Türkiyədən olan parlamentari və ekspertlərin iştirakı ilə II Türkiyə-Avropa Forumu öz işinə başlayıb.

Forumun əsas mövzusu Türkiyənin Avropa İttifaqına inteqrasiyası məsələsidir.

Fransanın Strateji Analizlər İnstitutunun (IFAS) prezidenti Fransua Jere də Ankaranın Yaxın Şərqdə nüvə təhlükəsi məsələsi həllini öz üzərinə götürmək cəhdini göstərərək hesab edir ki, Türkiyə bu gün Avropaya enerji təhlükəsizliyi məsələsində və beynəlxalq terrorizmə qarşı mübarizədə heç vaxt olmadığı qədər vacibdir.

Jerenin sözlərinə görə, beynəlxalq terrorla təkbaşına qalib gəlmək olmaz və heç bir ölkə öz sərhədləri çərçivəsində onunla bacara bilməz.

"Lakin Türkiyə daxili terrorla mübarizədən başqa, beynəlxalq terrorun da aradan qaldırılmasında iştirak edir ki, bu da gələcəkdə Avropanın təhlükəsizliyi üçün çox vacib göstəricidir", - Jere deyib.

Daha bir problem Türkiyənin vacib oyunçu qismində çıxış etdiyi Yaxın Şərqdəki nüvə təhlükəsidir. Türkiyənin İranın nüvə proqramı üzrə vasitəçi olmaq cəhdləri uğurlu olmasa da, Ankara bu məsələdə regional əməkdaşlıqdakı marağı nümayiş etdirib.

Sloveniyanın Beynəlxalq Əlaqələr Assosiasiyasının rəhbəri İosif Kuniç hesab edir ki, Türkiyənin Aİ-yə inteqrasiyası Qafqazda və Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdıracaq, çünki belə olan halda bu regionun dövlətləri artıq Aİ üzvləri ilə qonşuluq edəcək.

Xəbər lenti

Xəbər lenti