...

AŞ PA-nın Bürosunda Dağlıq Qarabağ üzrə Alt Komitə ilə bağlı məsələ müzakirə edilib

Siyasət Materials 14 Dekabr 2009 16:58 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası Bürosunun bazar ertəsi Parisdə keçirilən iclasında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinə dair müzakirələr olub. Bu barədə bazar ertəsi Trend News-a AŞ PA-nın mətbuat xidmətindən məlumat verilib.
AŞ PA-nın Bürosunda Dağlıq Qarabağ üzrə Alt Komitə ilə bağlı məsələ müzakirə edilib

Fransa, Strasburq, 14 dekabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun bazar ertəsi Parisdə keçirilən iclasında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinə dair müzakirələr olub. Bu barədə bazar ertəsi Trend -a AŞ PA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, AŞ PA sədri Luis Maria de Puç Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair komunike ilə çıxış etdikdən sonra Büro üzvləri arasında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda qərar qəbul edilməsə də, bu məsələnin AŞ PA-nın növbəti qış sessiyasında müzakirə ediləcəyi qərara alınıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti