...

Fransa və Rusiya arasında "Mistral" təyyarə gəmisinin satışına dair razılaşma hələ rəsmiləşməyib – Gürcüstandakı səfir

Siyasət Materials 16 Dekabr 2009 18:16 (UTC +04:00)
Fransa və Rusiya arasında "Mistral" təyyarə gəmisinin satışına dair razılaşma hələ rəsmiləşməyib. Bunu Fransanın Gürcüstandakı səfiri Erik Furnye bu gün jurnalistlərə deyib.
Fransa və Rusiya arasında "Mistral" təyyarə gəmisinin satışına dair razılaşma hələ rəsmiləşməyib – Gürcüstandakı səfir

Gürcüstan, Tbilisi, 16 dekabr / Trend , müxbir N.Kirsxaliya/

FransaRusiya arasında "Mistral" təyyarə gəmisinin satışına dair razılaşma hələ rəsmiləşməyib. Bunu Fransanın Gürcüstandakı səfiri Erik Furnye bu gün jurnalistlərə deyib.

Onun sözlərinə görə, "Mistral"ın satılmasına dair aparılan danışıqlar hələ razılaşmanın əldə edilməsi demək deyil.

Səfir bir daha Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə öz hökumətinin hörmətini təsdiqləyib.

"İstehlakçı bir qayda olaraq malla maraqlanır, amma bu o demək deyil ki, satılma barədə razılıq əldə olunub. Bu vaxta qədər nə Rusiya, nə də Fransa bu cür qərar qəbul etməyiblər", - Furnye deyib.

BaltikŞərqi Avropa ölkələri kimi, Gürcüstan tərəfi də fransız təyyarə gəmisinin Rusiyaya mümkün satışı ilə bağlı narahatlığını ifadə edib. Gürcüstan diasporu bununla bağlı Parisdə etiraz aksiyaları keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti