...

Azərbaycanda ən aktiv seçicilər 60 saylı Salyan-Neftçala seçki dairəsindədir

Siyasət Materials 23 Dekabr 2009 11:28 (UTC +04:00)
Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı ən aktiv seçicilər 60 saylı Salyan-Neftçala seçki dairəsindədir.
Azərbaycanda ən aktiv seçicilər 60 saylı Salyan-Neftçala seçki dairəsindədir

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/ \

Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı ən aktiv seçicilər 60 saylı Salyan-Neftçala seçki dairəsindədir.

Saat 10:00-a olan məlumata görə, seçicilərin 14,58 faizi səsvermədə iştirak edib, Trend -a Seçkilər İnformasiya Mərkəzindən məlumat verilib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Səsvermə 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti