...

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında imzalanmış bir sıra sənədlərin təsdiq ediməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 23 Dekabr 2009 20:25 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmış sənədlərin təsdiq ediməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında imzalanmış bir sıra sənədlərin təsdiq ediməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmış sənədlərin təsdiq ediməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən "Azərbaycan ilə Qazaxıstan hökumətləri arasında 1992-1993-cü illər ərzində (müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra) ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş", "Azərbaycan və Qazaxıstanın Kənd Təsərrüfatı nazirlikləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Bundan əlavə sərəncamda göstərilir ki, 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmış "Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə" nəzərə alınsın.

Azərbaycan Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Qazaxıstan Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti