...

Rəsmi Tbilisi Rusiya və Gürcüstan arasında hava nəqliyyatına heç zaman maneə yaratmayıb - XİN

Siyasət Materials 30 Dekabr 2009 12:09 (UTC +04:00)
Rəsmi Tbilisi Rusiya və Gürcüstan arasında hava nəqliyyatına heç zaman maneə yaratmayıb. Bu barədə Gürcüstan XİN-ın Mətbuat və İnformasiya Departamentinin şərhində deyilir.
Rəsmi Tbilisi Rusiya və Gürcüstan arasında hava nəqliyyatına heç zaman maneə yaratmayıb - XİN

Gürcüstan, Tbilisi, 30 dekabr / Trend , müxbir N.Kirtsxalia/

Rəsmi Tbilisi Rusiya və Gürcüstan arasında hava nəqliyyatına heç zaman maneə yaratmayıb. Bu barədə Gürcüstan XİN-ın Mətbuat və İnformasiya Departamentinin şərhində deyilir.

Qeyd olunur ki, 2008-ci ilin avqustunda gürcü-osetin müharibəsindən sonra Gürcüstan və Rusiya arasındakı diplomatik əlaqələr kəsilib.

"2009-cu il martın 4-də nota mübadiləsi üçün İsveçrənin Rusiyadakı səfirliyi yanında Gürcüstanın maraqları seksiyası, həmçinin İsveçrənin Gürcüstandakı səfirliyinin yanında Rusiyanın maraqları seksiyası təsis edilib. Həmin gündən etibarən Rusiya və Gürcüstanın rəsmi strukturları arasındakı əlaqələr İsveçrə səfirliyinin vasitəçiliyi ilə həyata keçirilir. Təsis edilmiş qaydaların, xüsusən də vasitəçi İsveçrə tərəfinin yoxlamalarının pozulmasında Rusiya tərəfinin rəsmi strukturlarına istiqamətlənmiş istənilən sənəd rəsmi sənəd hesab edilə bilməz", - departament bildirir.

Rusiya və Gürcüstan arasında reyslərin həyata keçirilməsi ilə əlaqədar məlumat RF XİN-in bəyanatından Gürcüstan Xarici İşlər Nazirliyinə məlum olub.

"Gürcüstan tərəfi iki ölkə arasında hava nəqliyyatına heç bir maneə yaratmır. Rusiya tərəfi iki ölkə arasındakı əlaqələri birtərəfli qaydada kəsib", - şərhdə deyilir.

Mətbuat və İnformasiya Departamenti vurğulayır ki, əgər Rusiya tərəfi reyslərin həyata keçirilməsi üçün əlavə informasiya istəsə, Gürcüstan tərəfi yaradılmış qaydalara əsasən həmin informasiyanı İsveçrə səfirliyinin vasitəçiliyi ilə təqdim etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti