...

Azərbaycanın ali təhsil müəssisəsində baş verən silahlı insidentlə bağlı araşdırmalar başa çatmaq üzrədir – baş prokuror

Siyasət Materials 20 Yanvar 2010 11:23 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən silahlı insident üzrə araşdırmalar başa çatma mərhələsindədir. Bu barədə çərşənbə günü Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalistlərə deyib.
Azərbaycanın ali təhsil müəssisəsində baş verən silahlı insidentlə bağlı araşdırmalar başa çatmaq üzrədir – baş prokuror

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən silahlı insident üzrə araşdırmalar başa çatma mərhələsindədir. Bu barədə çərşənbə günü Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə deyib.

Onun sözlərinə görə, araşdırmaların yekunu ictimaiyyətə açıqlanacaq.

Aprelin 30-da, saat 09.30 radələrində ali məktəbin Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti