...

Konqresdə "erməni soyqırımı" haqqında qətnaməyə baxılması Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər - Türkiyənin Baş naziri

Siyasət Materials 2 Mart 2010 15:34 (UTC +04:00)
Konqresdə erməni "soyqırımı" adlanan qətnaməyə baxmaqla Türkiyə-ABŞ münasibətlərini təhlükəyə məruz qoymağa dəyməz.
Konqresdə "erməni soyqırımı" haqqında qətnaməyə baxılması Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər - Türkiyənin Baş naziri

Konqresdə erməni "soyqırımı" adlanan qətnaməyə baxmaqla Türkiyə-ABŞ münasibətlərini təhlükəyə məruz qoymağa dəyməz. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan belə hesab edir. Bu barədə CNN Turk məlumat yayıb.

"Mən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını izləyən Prezident Obamanın sağlam düşüncəsinə ümid edirəm", - Ərdoğan deyib.

Onun sözlərinə görə, "soyqırım" məsələsinə siyasətçilər tərəfindən baxılmamalıdır, o, tarixçilər tərəfindən öyrənilməlidir.

ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri martın 4-də "erməni soyqırımı" haqqında qanunun müzakirəyə çıxarılmasını təklif edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-cı ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti