...

Türkmənistan Prezidenti Qətərə rəsmi səfərə dəvət olunub

Siyasət Materials 23 Mart 2010 13:18 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qətərə rəsmi səfərə dəvət olunub. Bu barədə ərəb dövlətinin Əmiri Həməd bin Xəlifə Al Taninin məktubunda deyilir.
Türkmənistan Prezidenti Qətərə rəsmi səfərə dəvət olunub

Türkmənistan, Aşqabad, 23 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qətərə rəsmi səfərə dəvət olunub. Bu barədə ərəb dövlətinin Əmiri Həməd bin Xəlifə Al Taninin məktubunda deyilir.

"Qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcək inkişafının möhkəmləndirilməsi məqsədilə Sizi Qətər dövlətinə dəvət etdiyimə görə şadam. Səfərin müddəti diplomatik kanallar vasitəsilə müəyyən olunacaq", - məktubda deyilir.

"Əminəm ki, Sizinlə görüş qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında qarşılıqlı mənfəətli əməkdaşlıq, dostluğun inkişaf etdirilməsi yolu ilə müzakirələr üçün yaxşı imkanlar verəcək", - Qətər Əmiri qeyd edir.

Türkmənistan son illər ərəb ölkələri ilə, xüsusən də Birləşmiş Ərəb ƏmirlikləriSəudiyyə Ərəbistanı ilə öz əməkdaşlığını aktivləşdirib.

Xəbər lenti

Xəbər lenti