...

Azərbaycanın müdafiə naziri Böyük Vətən müharibəsinin veteranları ilə görüşüb

Siyasət Materials 6 May 2010 15:47 (UTC +04:00)
Mayın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin faşizm üzərində qələbənin 65 illik yubileyi münasibəti ilə müharibə veteranları ilə görüşü olub.
Azərbaycanın müdafiə naziri Böyük Vətən müharibəsinin veteranları ilə görüşüb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Mayın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin faşizm üzərində qələbənin 65 illik yubileyi münasibəti ilə müharibə veteranları ilə görüşü olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz rəşadətlər göstəriblər", - nazir deyib.

Azərbaycan Prezidentinin "1941-1945-illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi barədə xüsusi sərəncam imzaladığını deyən Səfər Əbiyev bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən müxtəlif silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

Görüşün sonunda müdafiə naziri Səfər Əbiyev veteranları bir daha təbrik edərək onlara "Qələbənin 65 illik yubileyi medalı"nı təqdim edib, qiymətli hədiyyə və gül dəstələri verib. 

Xəbər lenti

Xəbər lenti