...

Azərbaycan Prezidentinin Rusiya səfəri başa çatıb

Siyasət Materials 9 May 2010 21:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 9-da başa çatıb
Azərbaycan Prezidentinin Rusiya səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 9-da başa çatıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın dövlət və hökumət nümayəndələri yola saldılar.
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti