...

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Siyasət Materials 13 May 2010 11:29 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Boris Tadiç mayın 13-də Fəxri Xiyabana gəlib
Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Boris Tadiç mayın 13-də Fəxri Xiyabana gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Serbiya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, ulu öndərin məzarı önünə əklil qoyub. Ali qonağa Fəxri Xiyaban barədə məlumat verilib.

Serbiya Prezidenti Boris Tadiç sonra Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Boris Tadiç Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiya və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Prezident Boris Tadiç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə də məlumat verilib.

Xəbər lenti

Xəbər lenti