...

Azərbaycanın işğal olunmuş ərazilərində İranın xeyli miqdarda hərbi texnikası mövcuddur - politoloq Mübariz Əhmədoğlu

Siyasət Materials 14 May 2010 16:30 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində İranın xeyli miqdarda hərbi texnikası mövcuddur.
Azərbaycanın işğal olunmuş ərazilərində İranın xeyli miqdarda hərbi texnikası mövcuddur - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Son dövrlərdə İranın rəsmi din xadimlərinin Azərbaycanın daxili işlərinə qarışaraq bəyanat vermələrinin əsas səbəbi İranın yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana kömək edə bilməməsi ilə bağlıdır. Bunu cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

"Sadəcə İran bunu birbaşa deyil, dolayısı yolla bildirir. Azərbaycanın işğal olunmuş ərazilərində İranın xeyli miqdarda hərbi texnikası mövcuddur. Bu ərazilərdə Ermənistan üçün müdafiə sistemlərinin qurulmasında İran mütəxəssisləri iştirak ediblər. Yaxın zamanlarda torpaqlar işğaldan azad olunarsa, İranın oradakı fəaliyyəti üzə çıxacaq. Ona görə də İran Azərbaycandakı dindarları qızışdırır. İranın Azərbaycanda beşinci kolonu hesab olunan dindarlar İranda təkcə din xadimləri ilə deyil, eyni zamanda, bu dövlətin xüsusi xidmət orqanları ilə də əlaqədədirlər. İranın xüsusi xidmət orqanları azərbaycanlı möminlər vasitəsilə İranın din xadimlərini bu qaydada danışdırırlar", - Əhmədoğlu deyib.

Ayətullah Şirazi bir neçə gün öncə Azərbaycanda məscidlərin sökülməsini pisləyib və hökumətə xəbərdarlıq edib ki, məscidlərin dağıdılması davam edərsə, müqavimət fətvası verəcək və bu yolda həlak olanları şəhid elan edəcək.

Politoloq hesab edir ki, məscid məsələsində bəzi azərbaycanlı dindarların özlərinin də iki marağı var.

"Birincisi, onlar İran vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq etmək istəyirlər. Çünki müəyyən şəxsi səbəblərə görə Azərbaycan hakimiyyətindən narazıdırlar. İkincisi, məscid onlar üçün pul qazanmaq vasitəsidir. İranın rəsmi din xadimləri bilməlidir ki, belə "möminlərin" korporativ maraqlarını dəstəkləmək Azərbaycan-İran münasibətlərinə zərər vura bilər", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti