...

Gürcüstan telekanalları Nino Burcanadze ilə Dmitri Medvedevin məxfi görüşü haqqında məlumat yayır

Siyasət Materials 18 May 2010 17:45 (UTC +04:00)
Gürcüstan teleşirkətlərinin iddiasına görə, "Vahid Gürcüstan - Demokratik Hərəkat"ın lideri, Gürcüstan Parlamentinin eks-spikeri Nino Burcanadze və Rusiya Prezidenti Dmitri Medvedev Kiyevdə eyni mehmanxanada qalıblar.
Gürcüstan telekanalları Nino Burcanadze ilə Dmitri Medvedevin məxfi görüşü haqqında məlumat yayır

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan teleşirkətlərinin iddiasına görə, "Vahid Gürcüstan - Demokratik Hərəkat"ın lideri, Gürcüstan Parlamentinin eks-spikeri Nino Burcanadze və Rusiya Prezidenti Dmitri Medvedev Kiyevdə eyni mehmanxanada qalıblar.

Telekanallar bildirirlər ki, Kiyevdə Rusiya liderinin Burcanadze ilə gizli görüşü baş tutub.

Eyni mehmanxanada qalmaq haqqında məlumatı Burcanadzenin partiyasının mətbuat xidmətində də təsdiqləyirlər, lakin Gürcüstan Parlamentinin eks-spikerinin Rusiya Prezidenti ilə qeyri-formal görüşü barədə informasiyaya malik deyillər.

Burcanadzenin partiyasından bildirirlər ki, o, oz səfərlərinin yekunlarına dair brifinq keçirəcək. Lakin o, Tbilisi hava limanında bu suala cavab verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti