...

Avropa İttifaqı beynəlxalq birliyi Cənubi Qafqazdakı münaqişə zonalarının bərpasına cəlb etməlidir – genişlənmə üzrə komissar Ştefan Füle

Siyasət Materials 22 May 2010 14:36 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle beynəlxalq birliyin Cənubi Qafqazda münaqişə zonalarının bərpasına cəlb edilməsini zəruri hesab edir.
Avropa İttifaqı beynəlxalq birliyi Cənubi Qafqazdakı münaqişə zonalarının bərpasına cəlb etməlidir – genişlənmə üzrə komissar Ştefan Füle

Azərbaycan, Bakı, 22 may /Trend/

Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle beynəlxalq birliyin Cənubi Qafqazda münaqişə zonalarının bərpasına cəlb edilməsini zəruri hesab edir.

"Aİ beynəlxalq birliyin adamlar arasında əlaqələrin proqramların, barış layihələrinin yaradılmasına təşəbbüs göstərmək, eləcə də əgər siyasi həll meydana çıxarsa, missiyaların regiona göndərilməsi yolu ilə Cənubi Qafqazdakı münaqişə zonalarının bərpası və yenidənqurulmasına yönələn səylərinə başçılıq etməlidir", - o, Strasburqda Avropa Parlamenti qarşısında çıxış edərkən bildirib. Bu barədə "Azadlıq" radiosu məlumat verib.

Komissarın sözlərinə görə, Avropa Komissiyası üzv dövlətlərlə, eləcə də Avropa Parlamenti ilə "alətlərdən düzgün istifadə olunduğunu və istiqamətlərin düz olduğunu" aydınlaşdırmaq üçün məsləhətləşmələr aparır.
"Cənubi Qafqazdakı Avropa ilə yaxınlaşma üzrə tərəfdaşlarımızın sadiqliyi gələcəkdə yerlərdə demokratiya, bazar iqtisadiyyatı və siyasi sabitlik istiqamətində irəliləyişə çevrilməlidir", - komissar deyib.

Komissar Ermənistan, Azərbaycan və Gürcüstanı müasir, plüralist, demokratik və çiçəklənən cəmiyyət yaratmaq, öz qonşuları ilə dinc yanaşı yaşamaq üçün bundan sonra da səyləri artırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti