...

ATƏT-in Parlament Assambleyası Gürcüstanla bağlı qətnaməni dəstəkləyib

Siyasət Materials 9 İyul 2010 17:10 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının Miqrasiya Komitəsi qaçqınların Gürcüstandan ayrılmış ərazilərə - Abxaziya və Cənubi Osetiyaya şərtsiz qayıtmasını nəzərdə tutan qətnaməni gözdən keçirib.
ATƏT-in Parlament Assambleyası Gürcüstanla bağlı qətnaməni dəstəkləyib

Gürcüstan, Tbilisi, 9 iyul /Trend, müxbir N.Kirsxaliya/

ATƏT-in Parlament Assambleyasının Miqrasiya Komitəsi qaçqınların Gürcüstandan ayrılmış ərazilərə - Abxaziya və Cənubi Osetiyaya şərtsiz qayıtmasını nəzərdə tutan qətnaməni gözdən keçirib. Qətnamə ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker tərəfindən irəli sürülüb.

Sənəd tərəfləri "təhlükəsizlik şəraitində qaçqın və məcburi köçkünlərin tezliklə könüllü surətdə öz yerlərinə qayıtması üçün yollar tapılması məqsədilə" əməkdaşlığa çağırır.

Qətnamə ATƏT-ə üzv olan əksər ölkələrin nümayəndələri tərəfindən dəstəklənib.

Xəbər lenti

Xəbər lenti