...

"Qadın dünyası" qəzetinin keçirdiyi sorğuya əsasən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilin ən mərhəmətli və fəal deputatı seçilib

Siyasət Materials 13 İyul 2010 16:57 (UTC +04:00)
İyulun 13-də "Qadın dünyası" qəzetinin əməkdaşları Heydər Əliyev Fondunda olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Qadın dünyası" qəzetinin keçirdiyi sorğuya əsasən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilin ən mərhəmətli və fəal deputatı seçilib

İyulun 13-də "Qadın dünyası" qəzetinin əməkdaşları Heydər Əliyev Fondunda olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. 

Bildirilib ki, Fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

Fondun ekspozisiyası, dahi rəhbərin uşaqlıq və gənclik illərini əks etdirən fotolarla, ulu öndərin orta və ali məktəblərdə aldığı diplomlar və fərqlənmə sənədləri ilə tanış olan qonaqlara ümummilli liderin iş otağının interyeri, müxtəlif dövrlərdə aldığı fəxri fərman və sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, ulu öndərin ölkədə müstəqil mətbuatın formalaşmasında da böyük rolu olub. Görkəmli şəxsiyyət Heydər Əliyev kütləvi informasiya vasitələri ilə bağlı bir neçə tarixi sərəncam imzalayıb.

Dahi rəhbərin neft strategiyası barədə məlumat, ulu öndərin dünyanın tanınmış siyasi, mədəni və elm xadimləri ilə çəkdirdiyi şəkillər Fondun ziyarətçilərində xüsusi maraq yaradıb.

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssürat aldıqlarını bildiriblər.

Vurğulanıb ki, qəzetin keçirdiyi sorğuya əsasən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilin ən mərhəmətli və fəal deputatı seçilib. Qəzetin əməkdaşları bununla bağlı Fonda hədiyyə təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti