...

Mavritaniya prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 16 İyul 2010 12:35 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Fəxri xiyabana gəlib
Mavritaniya prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Fəxri xiyabana gəlib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mavritaniya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdi, məzarı üzərinə gül dəstəsi düzdü.

Xəbər lenti

Xəbər lenti