...

İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 11 Oktyabr 2010 17:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev Mohamməd Mehdi Axundzadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin Xəzərlə bağlı məsələlərin də həllinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Xəzəryanı ölkələrin Bakıda keçiriləcək zirvə görüşünə toxunan Prezident İlham Əliyev bu sammitin nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.

İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə Prezident Mahmud Əhmədinejadın və İran xalqının salamlarını dövlətimizin başçısına çatdırıb. O, yeni vəzifəyə təyin olunandan sonra ilk səfərini Azərbaycana etməsindən fəxr hissi keçirdiyini deyib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti