...

Azərbaycanın səkkiz müxalif partiyası bir araya gəlir

Siyasət Materials 8 İyul 2011 15:54 (UTC +04:00)
Vətəndaş Hərəkatı Forumu (VHF) səkkiz müxalifət partiyasının sədrlərinin bir araya gələrək müzakirə aparmaları üçün təşəbbüs göstərib.
Azərbaycanın səkkiz müxalif partiyası bir araya gəlir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Vətəndaş Hərəkatı Forumu (VHF) səkkiz müxalifət partiyasının sədrlərinin bir araya gələrək müzakirə aparmaları üçün təşəbbüs göstərib. Bu barədə cümə günü Trend-ə Vətəndaş və İnkiaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

Əliyev bildirib ki, VHF bir müddət əvvəl VİP-ə və Liberal Partiyasına (ALP) müxallifətin bir araya gəlməsi ilə bağlı təkliflər göndərmişdi.

"ALP və VİP bu təkliflərə müsbət cavab vermişdi. VHF digər siyasi partiyalarla da müzakirələri davam etdirir. Bu, fevral ayından başlamış bir prosesdir. Sabah görüşün təşkil olunması onu göstərir ki, digər partiyalarla aparılan müzakirələr də müsbət nəticə verib", - o əlavə edib.

Əliyev qeyd edib ki, bütün müxalifət partiyalarının bir araya gəlməsi olduqca vacib məsələdir. Onun sözlərinə görə, görüşdə hazırkı proseslər, Azərbaycandakı vəziyyət müzakirə olunacaq, müxalifətin bir araya gəlməsi istiqamətində fikir mübadiəsi aparılacaq.

Əliyev onu da qeyd edib ki, görüş ictimaiyyət üçün açıq şəraitdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti