...

Ermənistan Prezidentinə yüksək xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır - Novruz Məmmədov

Siyasət Materials 28 İyul 2011 19:01 (UTC +04:00)
Bir neçə gün əvvəl Serj Sarkisyan məhz çilingərə məxsus ifadələr işlətməklə özünü çox absurd vəziyyətə salıb.
Ermənistan Prezidentinə yüksək xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır - Novruz Məmmədov

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Ağayeva/

Bir neçə gün əvvəl Serj Sarkisyan məhz çilingərə məxsus ifadələr işlətməklə özünü çox absurd vəziyyətə salıb. Buna nəinki bəraət qazandırmaq olmur, hətta ağlı başında olan adam belə başa düşmür. Bunu cümə axşamı Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Yaşlı adamları artıq belə asan aldatmaq və necə deyərlər "qulağlarını tıxamaq" olmaz. Buna görə də Serj Sarkisyan son vaxtlar tez-tez öz ölkəsinin gənc auditoriyası qarşısında çıxış edir. Onlara "tarixi mövzuda" nağıl, hekayə, əfsanələr danışır", - Məmmədov bildirib.

Sarkisyanın "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" dediyi gənclər qarşısında çıxışını şərh edən Məmmədov qeyd edib ki, bu çox təhlükəli tendensiyadır. Belə ki, bu ona xidmət edir ki, Ermənistanın gənc nəsli təcavüzkar əhval-ruhiyyədə tərbiyə olunur. "Serj Sarksiyanın hansı məqsəd güdməsi ilə bağlı sual meydana çıxır. Onun məqsədi qəhrəmanlar yetişdirməkdirsə, ona rus generalı Mayevskinin "ermənilərin "qəhrəmanları" xilaskardan daha çox öz xalqının cəlladları olublar" fikrini xatırlatmaq istərdim", - o bildirib.

Məmmədovun sözlərinə görə, dünən Polşa Prezidentinin Yerevana səfəri münasibətilə mətbuat konfransında Serj Sarkisyan yenə də özünəməxsus tərzdə çıxış edib. "Həmişə olduğu kimi, Serj Sarkisyan Ermənistanı Dağlıq Qarabağ münaqişəsində ədalətli tərəf kimi göstərməyə çalışır. Bir neçə gün əvvəl Ermənistan gəncləri ilə artıq yuxarıda qeyd olunan görüşdə Sarkisyan fərəh hissi ilə millətlərin öz müqəddəratını təyin etməsi kontekstində beynəlxalq hüquq barədə düşüncələri haqqında danışıb", - PA rəsmisi vurğulayıb.

Məmmədovun sözlərinə görə, Sarkisyan Polşa Prezidentini əmin etməyə çalışır ki, Dağlıq Qarabağda demokratiya hakimdir, hökumət və seçkilər isə legitimdir.

"Lakin burada tam haqlı olaraq öz vəzifəsində qalmaq üçün onlarla şəxsin həlak olması ilə nəticələnən yüzlərlə dinc nümayişçiyə qarşı güc tətbiq edilməsinə əmr verən prezidentin bu və ya digər seçkilərin demokratikliyinə nə dərəcədə qiymət verə bilməsi ilə bağlı sual yaranır. Yəni Sarkisyan bu barədə unudub? Güman etmirəm ki, bu belədir. Çox güman ki, bu, hiyləgərliyin və ikiüzlülüyün daha bir nümunəsidir. Boş yerə ermənilər özləri barədə demirlər ki, "bizdə ikiüzlülük hələ ana bətnində olan zaman yaranır". Sarkisyan hansı demokratik seçkilər və hansı demokratiya haqqında danışa bilər ki, o özü şəxsən Dağlıq Qarabağın azərbaycanlı əhalisiniə qarşı soyqırımda, Ermənistan Parlamentində məlum qətliamda iştirak edib", - Novruz Məmmədov əlavə edib.

"Buna görə də Ermənistan Prezidentinə yüksək səviyyəli xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti