...

Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının vitse-prezidentini qəbul edib

Siyasət Materials 2 Sentyabr 2011 16:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul edib
Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Özünün İsveçrəyə, İsveçrənin dövlət başçılarının isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi əlaqələrin göstəricisi kimi dəyərləndirdi. İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın ölkəmizə səfərinin önəmini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu səfərin uğurlu olacağına əminliyini ifadə etdi.

İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə təbrik etdi. O, ölkələrimiz arasında diplomatik münasibətlərin də məhz 20 il bundan əvvəl yaradılmasının önəmini vurğuladı. Xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevin İsveçrəyə rəsmi səfərini, Davos İqtisadi Forumunda iştirakını və orada keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırladı. O, əlaqələrimizin inkişafı baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti