...

TÜRKPA-nın baş katibi Ankaraya səfər edəcək

Siyasət Materials 12 Sentyabr 2011 12:08 (UTC +04:00)
TÜRKPA-dan Trend-ə verilən məlumata görə, səfər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti ilə gerçəkləşir.
TÜRKPA-nın baş katibi Ankaraya səfər edəcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

TÜRKPA baş katibi Ramil Həsənov sentyabrın 15-16-da Türkiyəyə səfər edəcək.

TÜRKPA-dan Trend-ə verilən məlumata görə, səfər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti ilə gerçəkləşir.

Səfər çərçivəsində TBMM sədrinə TÜRKPA baş katibi tərəfindən təşkilatın fəaliyyəti barədə məlumat veriləcək, görülmüş işlər və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Həmçinin, baş katibin TBMM-in millət vəkili, TÜRKPA-nın Hüquqi işlər komissiyası sədrinin səlahiyyətlərini icra edən Haluk İpək, Türkiyə parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin sədri və TBMM-nin Türk PA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.

Səfərdə Həsənovu TÜRKPA baş katibinin müavini Kürşad Melih Sarıarslan müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti