...

Azərbaycan Prezidenti Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsinə gəldi (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 17:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsinə gəldi
Azərbaycan Prezidenti Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsinə gəldi (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsinə gəldi.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri yenilənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak etdi, önünə gül dəstəsi qoydu.

Xəbər lenti

Xəbər lenti