...

Azərbaycan bir çox istiqamətlərdə ABŞ-la əməkdaşlıq etməyə hazırdır - səfir

Siyasət Materials 4 İyun 2012 10:53 (UTC +04:00)
Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycanın nə qədər irəli getdiyinə nümunədir.
Azərbaycan bir çox istiqamətlərdə ABŞ-la əməkdaşlıq etməyə hazırdır - səfir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycanın nə qədər irəli getdiyinə nümunədir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların "Vaşinqton Tayms" qəzetinə müsahibəsində deyib.

"Vaşinqton Tayms" qəzetinin redaktor və jurnalistlərinə müsahibəsində Süleymanov qeyd edib ki, Azərbaycan Avropa, Asiya və Yaxın Şərqin kəsişdiyi nöqtədə yerləşir, Rusiya və İranla həmsərhəddir.

Qəzetin yazdığına görə, ABŞ dövlət katibi Hillari Klinton regiona səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqları kimi məsələləri müzakirə edəcək.

Süleymanov bildirib ki, İsrailin idxal etdiyi neftin 40 faizini Azərbaycan təmin edir və bu, bəzi iranlıların narazılığına səbəb olur.

"Amerikalılar regionu terrorizmdən və radikalizmdən azad görmək istəyirlər, onlar xalqların din və mədəniyyət baxımından əməkdaşlığının mümkün olduğunu görmək istəyirlər və biz də elə buna cəhd edirik", - diplomat deyib.

Süleymanov bildirib ki, Şərqin və Qərbin, müsəlman və başqa sivilizasiyaların tolerantlığın nümunəsi olmaq məqsədilə birlikdə işləmək üçün bir yerə toplaşdığı vaxt Azərbaycan nümunə rolunda çıxış edir.

Onun sözlərinə görə, ölkə həmçinin energetika məsələlərində də Qərbin maraqlarını irəli çəkir. Səfir ABŞ siyasətinin sovetlər birliyinin süqutundan sonra "ən böyük uğuru kimi" Bakı-Tbilisi-Ceyhan neft kəmərini misal gətirir.

Süleymanov onu da bildirib ki, guya Azərbaycanda jurnalistlərlə bağlı məsələlərin mövcudluğu tez-tez şişirdilir.

"Hadisəyə kontekstdə baxmaq lazımdır. Azərbaycanda insanların əksəriyyəti əvvəlkindən daha yaxşı yaşayırlar. Biz hamımız avtoritar, totalitar və demokratik ənənələrin olmadığı sovet cəmiyytindən çıxmışıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti