...

Azərbaycan Prezidenti İsveç Kralını təbrik edib

Siyasət Materials 5 İyun 2012 18:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İsveç Kralını təbrik edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-İsveç dostluğu və əməkdaşlığı bundan sonra da öz inkişaf yolunu davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev XVI Karl Qustava möhkəm cansağlığı, işlərində uğurlar, dost İsveç xalqına sülh və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti