...

Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlığının inkişafı müzakirə olunacaq

Siyasət Materials 19 İyun 2012 18:53 (UTC +04:00)
Millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 20-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlığının inkişafı müzakirə olunacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 20-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın inkişafı, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi, nümayəndə heyətlərinin səfərləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti