...

Azərbaycan Dövlət Dəniz Administrasiyası İranın sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Siyasət Materials 28 İyun 2012 10:11 (UTC +04:00)
İran mətbuatında İranın sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlar qeyri-realdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib
Azərbaycan Dövlət Dəniz Administrasiyası İranın sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

İran mətbuatında İranın sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlar qeyri-realdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.

"Xəzər sularında hər hansı bir ölkənin sualtı qayıqları ola bilməz", - o deyib.

Qurbanov bu yazıları cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, Fars körfəzində üç iri ağır sualtı qayığa malik olan İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır. Admiral Abbas Zamininin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri öz sualtı qayıqların layihələndirilməsi, tikintisi və təmiri sahəsində böyük uğur əldə edib.

Xəbər lenti

Xəbər lenti