...

Ariel Koen: Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum böyük hadisə olacaq

Siyasət Materials 3 Oktyabr 2012 13:49 (UTC +04:00)
Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum böyük hadisə olacaq.
Ariel Koen: Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum böyük hadisə olacaq

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/

Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum böyük hadisə olacaq. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen deyib.

Onun sözlərinə görə, Bakıda çoxlu sayda vacib və irimiqyaslı tədbirlər keçirilir.

"Buna misal olaraq, "Eurovision" mahnı müsabiqəsini göstərmək olar. Azərbaycan kimi gənc dövlətin bu müsabiqənin qalibi olması təəccüblü idi. Lakin bu, həm də başa düşüləndir. Axı Azərbaycanın musiqi ənənələri çox güclüdür və bu, öz nəticələrini verdi. Hazırda Azərbaycanda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı keçirilir", - ekspert qeyd edib.

Koen xüsusilə vurğulayıb ki, artıq ikinci ildir Humanitar Forum dünyanın hər yanından insanları Azərbaycana toplayır. Onun sözlərinə görə, ötən il forumda əla iş mühiti olub. Koen əlavə edib ki, hazırda diqqəti konkret problemlərə yönəltməyə daha çox ehtiyac var.

"İştirak edəcəyim panel kütləvi informasiya vasitələrini əhatə edəcək. Mən dövlət KİV-ləri, xüsusən televiziya haqqında danışacam. Bu, çox maraqlıdır", - ekspert bildirib.

Qeyd edək ki, oktyabrın 4-5-də Bakıda keçiriləcək Rusiya-Azərbaycan Beynəlxalq Humanitar Forumunda 100 ölkədən təqribən 600 nümayəndə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti