...

Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparılması barədə yayılan məlumata aydınlıq gətirib

Siyasət Materials 10 Oktyabr 2012 12:13 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədovanın evində proqurorluq orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə yayılan məlumat təsdiqini tapmayıb.
Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparılması barədə yayılan məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədovanın evində proqurorluq orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə yayılan məlumat təsdiqini tapmayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Gülər Əhmədovanın evində prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı bəzi KİV-lərdə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti