...

Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər müzakirə edilib

Siyasət Materials 10 Oktyabr 2012 17:35 (UTC +04:00)
Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib.
Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15 illiyi ilə əlaqədar Kiyevdə keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti