...

Türkiyə uzaq məsafədən idarə edilən atıcı silah alır

Siyasət Materials 8 Fevral 2013 14:05 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) terrorçularla mübarizədə istifadə etmək üçün uzaq məsafədən idarə edilən atıcı silah alacaq.
Türkiyə uzaq məsafədən idarə edilən atıcı silah alır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Silahlı Qüvvələri (SQ) terrorçularla mübarizədə istifadə etmək üçün uzaq məsafədən idarə edilən atıcı silah alacaq. Bu barədə Trend cümə günü "Zaman" qəzetinə istinadən məlumat verir.

Türkiyə artıq bu növ silah istehsalında ixtisaslaşan xarici şirkətlərlə bir sıra danışıqlar aparıb. Belə silahdan terrorçuların hücumu zamanı istifadə edilməsi səmərəlidir, belə ki, silah 360 dərəcə fırlanmaq qabiliyyətinə malikdir və polis məntəqəsindən idarə edilə bilər.

Bununla da təhlükəsizlik xidmətinin əməkdaşları terrorçularla üzbəüz dayanmadan atəş aça bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti