...

Ermənistanda yeni siyasi partiya yaradılır

Siyasət Materials 8 Fevral 2013 17:00 (UTC +04:00)
"Erməni Milli Konqresi" yeni siyasi partiyasının təsus qurultayı martın 22-də hökumətin iclas zalında keçiriləcək.
Ermənistanda yeni siyasi partiya yaradılır

Azərbaycan, Bakı, 8 fevral /Trend/

"Erməni Milli Konqresi" yeni siyasi partiyasının təsus qurultayı martın 22-də hökumətin iclas zalında keçiriləcək. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə "Erməni Milli Konqresi" fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

O, EMK partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.

"Erməni Milli Konqresi" əsasında yaradılan təşəbbüs qrupunun tərkibinə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan da daxildir.

Zurabyan onu da bildirib ki, fevralın 7-də təşəbbüs qrupu yeni partiyanın qeydiyyatdan keçməsi barədə Ədliyyə Nazirliyinə bildiriş göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti