...

ABŞ dövlət katibi: Çıxış yolunun tapılması üçün başda diplomatik vasitələr olmaqla, bütün resurslar nəzərdən keçirilir

Siyasət Materials 9 Fevral 2013 03:15 (UTC +04:00)
ABŞ-ın yeni dövlət katibi Con Kerri ilk mətbuat konfransını keçirib. "Anadolu" agentliyinin yaydığı məlumata görə, jurnalistlərin Suriya ilə bağlı suallarını cavablandıran Con Kerri deyib ki, həddindən artıq ölüm və şiddət var.
ABŞ dövlət katibi: Çıxış yolunun tapılması üçün başda diplomatik vasitələr olmaqla, bütün resurslar nəzərdən keçirilir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

ABŞ-ın yeni dövlət katibi Con Kerri ilk mətbuat konfransını keçirib. "Anadolu" agentliyinin yaydığı məlumata görə, jurnalistlərin Suriya ilə bağlı suallarını cavablandıran Con Kerri deyib ki, həddindən artıq ölüm və şiddət var.

"Əlbəttə, irəliləmək üçün yol tapmağa çalışırıq. Çox qarışıq və təhlükəli bir vəziyyətdir. Kimyəvi silahların varlığından da həyəcan keçiririk. Bunu deyə bilərəm ki, hazırda dəyərləndirmələr aparılır, şiddətin azaldılması və çıxış yolunun tapılması üçün başda diplomatik vasitələr olmaqla, bütün resurslar nəzərdən keçirilir" - deyə dövlət katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti