...

Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib (FOTO)

Siyasət Materials 24 Fevral 2013 14:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Əlaqələrimizin bütün istiqamətləri əhatə etdiyini qeyd edən Prezident İlham Əliyev təhlükəsizlik sahəsində də əməkdaşlığımızın inkişafının xüsusi əhəmiyyət daşıdığını dedi və bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı İİR Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından mühüm addım olacağına əminliyini bildirdi.

Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən cənab Səid Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu dedi. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan Səid Cəlili münasibətlərimizin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini qeyd etdi. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti