...

Saakaşvili səlahiyyətlərinin məhdudlaşdırılmasını müzakirə etməyə hazırdır

Siyasət Materials 27 Fevral 2013 02:37 (UTC +04:00)
Gürcüstanın prezidenti Mixail Saakaşvili baş nazir B.İvanişvilinin prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə konstitusiya dəyişikliklərinə konkret cavab verməyib.
Saakaşvili səlahiyyətlərinin məhdudlaşdırılmasını müzakirə etməyə hazırdır

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Gürcüstanın prezidenti Mixail Saakaşvili baş nazir B.İvanişvilinin prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə konstitusiya dəyişikliklərinə konkret cavab verməyib. Trend-in RİA Novostiyə istinadən məlumat verir ki, Saakaşvili jurnalistlərə açıqlamasında bu gün Gürcüstanın qarşısında daha vacib məsələlərin durduğunu deyib.

"Lakin mən bu dəyişiklikləri müzakirə etməyə hazıram. Amma parlament Kutaisidə qalmalıdır və prezidentin birbaşa seçilməsindən imtina etmək olmaz" - deyə Saakaşvili bildirib.

Saakaşvili söyləyib ki, o, İvanişvilinin sosial şəbəkədəki ultimatum xarakterli məktubunu da qəbul etmək fikrində deyil.

"Bu cür presedentlər yəqin ki, dünyada yoxdur: baş nazir tələblərilə bağlı facebook vasitəsilə ultimatum irəli sürür və bununla da cavab almaq istəyir. Mən onun yanına gedib və ölkə üçün ən vacib olan məsələləri müzakirə etməyə hazıram" - deyə Saakaşvili əlavə edib.

Xəbər lenti

Xəbər lenti